Avtomobil 9 yaşlı məktəblini vurub öldürdü

XƏBƏR
10:17
20 Sentyabr 2024
36

Sumqayıtda 9 yaşlı oğlanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Sabah.az xəbər verir ki, hadisə şəhərin İnşaatçılar qəsəbəsindəki “Dost” marketin qarşısında qeydə alınıb.

Belə ki, Fərid Əliyev idarə etdiyi “Toyota Carolla” markalı avtomobillə yolu keçən azyaşlını vurub. Ağır xəsarət alan 2015-ci il təvəllüdlü Fəqan Anar oğlu Əhədli hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı cinayət işi açılıb.

Qeyd edək ki, vəfat edən 9 yaşlı Fəqan orta məktəbin 4-cü sinif şagirdi imiş.

Xəbər lenti