Bakı-Sumqayıt yolundan xəbər var - İki tunelin inşası yekunlaşır+Video
Bakı-Sumqayıt yolunda iki yeni tunelin tikintisi yekunlaşır.
Sabah.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, Masazır dairəsi istiqamətində yolun genişləndirilməsi işlərinin böyük hissəsi bitmək üzrədir.
Bakı-Sumqayıt yolunda geri dönüş nöqtələrinin də yenidən nəzərdən keçirilməsi planlanlaşdırılır. Bununla yanaşı "20 Yanvar” dairəsində də bir sıra yeniliklər var.
Burada dəyişiklər şəhərin giriş və çıxış hissələrində sıxlığın aradan götürülməsinə hesablanıb.
Qeyd edək ki, tikinti işlərinin may ayının axırına qədər yekunlaşması nəzərdə tutulub.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Daha çox