Türkiyənin Bakıdakı oyunlarına nə qədər bilet satılıb?

İDMAN
16:07
10 Fevral 2020
91

Bakıda keçiriləcək Avro-2020-nin oyunlarına satılan bilet sayı açıqlanıb.

Sabah.az xəbər verir ki, bu gün Avro-2020-nin Bakıda keçiriləcək oyunları ilə əlaqədar Şamaxıda keçirilən təqdimat mərasimində bildirilib ki, qiyməti 125, 75 və 30 avro olmaqla, 3 kateqoriyalı biletləri internet vasitəsilə əldə etmək mümkündür. İndiyədək Bakıdakı qarşılaşmalata 118 min 840 bilet satılıb. Onlardan 19 min 59-u Uels - İsveçrə, 32 mini Türkiyə - Uels, 30 min 147-si İsveçrə - Türkiyə, 37 min 634-ü isə 1/4 final oyununadır. Biletlərdən hərəyə 8 000-i iştirakçı komandalar, qalanları isə ictimaiyyət üçün nəzərdə tutulur.

Xəbər lenti