Türkiyədə koronavirusa yoluxan azərbaycanlıların sayı - Açıqlandı

GÜNDƏM
23:36
13 Aprel 2020
74

Türkiyədə 6 azərbaycanlıya koronavirus (COVİD-19) diaqnozunun qoyulub.

Sabah.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki Səfiri Xəzər İbrahim "Real TV"yə açıqlamasında deyib.

Onların vəziyyəti barədə açıqlama verən səfir bildirib ki, koronavirusa yoluxan həmyerlilərimizin vəziyyəti yaxşıdır. COVİD-19-a yoluxan azərbaycanlılar 20-50 yaş qrupundan olan şəxslərdir.

O, Türkiyənin müxtəlif şəhərlərində yaşayan 8000-dən çox azərbaycanlıya yardım edildiyini və yardımların bundan sonra da davam etdiriləcəyini bildirib.

Xəbər lenti