Rüstəm Xəlilov kollektivə təqdim olundu

ÖLKƏ
12:30
18 Sentyabr 2024
67

Salyan Rayon İcra Hakimiyyətinin yeni başçısı Rüstəm Xəlilov bu gün rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.

Sabah.az xəbər verir ki, yeni icra başçısını kollektivə Prezidentin köməkçisi - Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev təqdim edib.

Zeynal Nağdəliyev çıxışında ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

R.Xəlilov ona göstərilən etimada görə minnətdarlıq edib.

Xəbər lenti