Bakıda yeni doğulmuş uşaqda və anasında koronavirus aşkarlanıb - Video

GÜNDƏM
22:00
13 Aprel 2020
52

Təcili yardım birqadasının getdiyi çağırışda 3 gün əvvəl dünyaya uşaq gətirən anada və onun körpəsində koronavirusun olduğu müəyyən edilib.

Sabah.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, bunu Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev bildirib. Baş həkimin sözlərinə görə, hazırda həmin ana və uşaq müalicə alır.

R.Nağıyev bildirib ki, təcili yardım stansiyalarına xəstəliklə bağlı mütəmadı zənglər daxil olur və briqadalar xüsusi geyimlərdə ünvanlara gedirlər.

Mövzu ilə bağlı ətraflı videomaterialı təqdim edirik:

Xəbər lenti