Müqayis Verdiyev həbs edildi

XƏBƏR
17:34
12 Sentyabr 2024
260

Uzun müddətdir axtarışda olan tanınmış iş adamı Müqayis Verdiyev həbs olunub.

Sabah.az Avtosfer.az-a istinadən xəbər verir ki, Xətai rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində onun olduğu yer müəyyən olunub.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci ( külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülmüşdü.

Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində 1 ay 24 gün müddətə həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti