Məktəb direktoru yol qəzasında öldü

HADİSƏ
21:46
13 Aprel 2020
140

Şəmkir rayonunda 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Sabirkənd kəndinin yaxınlığında qeydə alınıb. Yol qəzası yük maşının ilə "NİVA" markalı minik avtomobilinin toqquşması nəticəsində baş verib.

Dünyasını dəyişən şəxslərdən biri rayonun Dəllər qəsəbəsi Zaur Abbasov adına tam orta məktəbin direktoru Eyvaz Vəliyevdir. Ölən digər rayon sakini isə Xəqani adlı şəxsdir.