Relsin üzərində uzandı, qatar üstündən keçdi

HADİSƏ
10:07
12 Sentyabr 2024
153

Yevlaxda dəhşətli intihar hadisəsi baş verib.

Sabah.az xəbər verir ki, hadisə sentyabrın 11-i saat 21 radələrində qeydə alınıb.

Belə ki, rayon sakini Zakir Şakir oğlu Zəkəriyəyev Ağstafa-Bakı dəmiryolu xəttinin Yuxarı Qarxundan keçən hissəsində relsin üzərində uzanıb.

Bu zaman “FLIRT” markalı sürət qatarı onun üzərindən keçib. Z.Zəkəriyəyev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti