28 yaşında ölən hamilə qadın üç uşaq anası imiş - Yenilənib

XƏBƏR
13:18
11 Sentyabr 2024
254

Gədəbəydə hamilə qadın ölüb.

Sabah.az-ın məlumatına görə, 1996-cı il təvəllüdlü N.Abdullayeva ağır halda xəstəxanaya aparılsa da, onun dünyasını dəyişdiyi məlum olub.

Qadının ölüm səbəbi araşdırılır.

***

Oxu.Az-ın məlumatına görə, Gədəbəyin Çobankənd kənd sakini Nisə Abdullayeva qanaxma səbəbindən yaşadığı evdə vəfat edib.

Üç uşaq anası olan qadının 24 həftəlik hamilə olduğu bildirilib.

Qeyd olunub ki, Perinatal Mərkəzə qadının cansız bədəni gətirilib.

Hadisə ilə bağlı TƏBİB Mətbuat xidmətindən bildirilib ki, sentyabrın 10-u saat 10:30-da 1996-cı il təvəllüdlü qadın yaxınları tərəfindən xəstəxanaya gətirilərkən həkiməqədər ölümü baş verib.

Xəbər lenti