Qazaxda ağır qəza - 6 yaralı var

HADİSƏ
21:18
13 Aprel 2020
43

Qazaxda yol-nəqliyyat hadisəsi baş verib.

Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Koslar kəndinin yaxınlığında qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Yaralılar - 1989-cu il təvəllüdlü Xasayev Elnur Nofəl oğlu, 1987-ci il təvəllüdlü Məmədov Ruslan Şahmuraz oğlu, 1994-cü il təvəllüdlü Mustafayev İlkin Mustafa oğlu, 1994-cü il təvəllüdlü Rəsulzadə İslam Bəhram oğlu, 1990-cı il təvəllüdlü Abdullayev Kamil İbarahim oğlu və 2001-ci il təvəllüdlü Pənahov Araz Cəmil oğludur.