Novruz bayramı günü əmisi arvadını öldürmüşdü - Hökm oxundu

XƏBƏR
17:02
10 Sentyabr 2024
71

Bu ilin 21 mart tarixində Xaçmaz rayonunda 1958-ci il təvəllüdlü Safura Balacayevanı qətlə yetirən qaynı oğlu Tofiq Balacayevin məhkəməsi başa çatıb.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə T.Balacayev Cinayət Məcəlləsinin 120.2.9-cu (Köməksiz vəziyyətdə olan şəxsi öldürmə) maddəsi ilə təqsirli bilinib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə 17 il həbs cəzası verilib.

Qeyd edək ki, hadisə rayonun Yergüc kəndində baş verib. Tofiq Balacayev 66 yaşlı əmisi arvadı Safura Balacayevanın başına ağacla çoxsaylı zərbələr vuraraq həyatına son qoyub.

Xəbər lenti