“Nəzrin məhz çarmıxa çəkildiyi üçün dayanmadan ağlayıb...”

XƏBƏR
16:58
9 Sentyabr 2024
224

Biləsuvar rayonunda masaj edilərkən ölən iki yaşlı Nəzrinin babası baş verən hadisədən danışıb.

Sabah.az xəbər verir ki, “Bizim.media”ya açıqlama verən Mirkərim Qubadov uşağın çarmıxa çəkildiyini iddia edib:

“Birinci seansdan sonra səhərə qədər yatmayan uşağı ikinci dəfə sınıqçıya aparıblar. Uşaq məhz çarmıxa çəkildiyi üçün dayanmadan ağlayıb. Bu, masaj deyil, kiminsə sözünə uyub apardılar onun yanına”.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırmaya başlayıb.

Qeyd edək ki, hadisə sentyabrın 7-də Biləsuvar rayonunun Bəydili kəndində baş verib. Kənddə sınıqçı kimi tanınan 1961-ci il təvəllüdlü Nərgiz Şahverən qızı İmanova 2 yaşlı N.Qubadlının sümüklərini masaj edərkən azyaşlı ölüb.

Xəbər lenti