Türkiyədə koronavirusla bağlı son statistika açıqlandı

XƏBƏR
20:45
13 Aprel 2020
155

Türkiyədə yeni növ koronavirusdan (COVİD-19) ölənlərin sayı 1 296 nəfərə çatıb.

Sabah.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

Nazir bildirib ki, son 24 saatda ölkədə daha 98 nəfər pandemiyanın qurbanı olub.

Onun sözlərinə görə, bu gün 34 min 456 test keçirilib və koronavirusa yoluxma faktı daha 4 093 nəfər artaraq 61 049 olub. Bu gün 511, ümumilikdə isə 3 957 xəstə COVID-19-a qalib gəlib.

Xəbər lenti