Nizam Osmanovun vəzifəsi bu generala tapşırıldı

XƏBƏR
17:59
7 Sentyabr 2024
128

Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsinin icrası kimə tapşırıldığı məlum olub.

Sabah.az-ın məlumatına görə, bu vəzifənin icrası general-mayor Eldəniz Yəhyayevə həvalə olunub.

Eldəniz Yəhyayev general rütbəsini iki il öncə alıb. O, daha öncə Maddi-Texniki Təminat Baş İdarəsində Arxa Cəbhə İdarəsinin Ərzaq Xidməti rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, bir müddət öncə Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov vəzifəsindən azad edilib.

Fotoda Nizam Osmanov

Xəbər lenti