Mehriban Əliyevadan Orxanla bağlı paylaşım
15:32
7 Sentyabr 2024
101Birinci vitse-prezident Mehriban Əliyeva Parisdə keçirilən Yay Paralimpiya Oyunlarının çempionu Orxan Aslanovla bağlı rəsmi instaqram hesabında paylaşım edib.
Sabah.az xəbər verir ki, paylaşımda deyilir:
“Uzunluğa tullanma yarışında mübarizə aparan Orxan Aslanovu qızıl medal münasibətilə təbrik edirəm! “Paris-2024” Yay Paralimpiya Oyunlarında Azərbaycana medal qazandırmış bütün idmançılara minnətdaram! Paraatletimizə güc, enerji və yeni qələbələr arzulayıram!”
Daha çox