Polkovnik Həziyev haqda - Yeni qərar

XƏBƏR
11:08
7 Sentyabr 2024
239

Naxçıvanda N saylı hərbi hissənin komandiri, polkovnik Samir Həziyevin həbsdə saxlama müddəti uzadılıb.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsi prokurorun təqdimatı əsasında belə qərar qəbul edib.

Qərara əsasən, polkovnik Həziyevin həbs müddəti 2 ay uzadılıb.

Qeyd edək ki, o, itkin düşdükdən sonra qətlə yetirilmiş halda tapılan əsgər Hüseynov Ceyhun Tofiq oğlunun cinayət işi ilə əlaqədar istintaqa cəlb edilib. Polkovnik Ceyhun Hüseynovun xidmət etdiyi hərbi hissənin komandiri olub.

İttihama görə, komandir əsgərin itkin düşməsi ilə bağlı dərhal zəruri tədbirlər görməyib, araşdırma aparmayıb. Ona qarşı Cinayət Məcəlləsinin 341.2.3-cü (bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya vəzifə səlahiyyətlərini aşma bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Xəbər lenti