Zakir Həsənov və Hikmət Mirzəyev şərti sərhəddəki bölmələrdə - Fotolar

XƏBƏR
11:06
7 Sentyabr 2024
96

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev şərti sərhəd istiqamətində dislokasiya olunan bölmələrdə xidmət edən hərbi qulluqçuların sosial-məişət şəraiti ilə tanış olub.

Müdafiə Nazirliyindən (MN) Sabah.az-a verilən məlumata görə, hərbi qulluqçularla görüşən müdafiə naziri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbi qulluqçuların xidməti və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində Azərbaycan Ordusunda həyata keçirilən tədbirlərdən danışıb.

Hərbi qulluqçularla söhbət zamanı general-polkovnik Z.Həsənov şəxsi heyətin qayğıları ilə maraqlanıb, onların peşəkarlığının, bilik və bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı müvafiq tövsiyələr verib.

Xəbər lenti