Elçin Məmmədov “Abzas”la bağlı məhkəməyə təqdimat göndərdi

ÖLKƏ
10:57
7 Sentyabr 2024
113

“Abzas media”nın direktoru Ülvi Həsənli və direktor müavini Sevinc Vaqifqızının cari həbsdə saxlanılma müddəti başa çatıb.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, iri həcmli iş üzrə istintaq hərəkətlərinin yekunlaşması üçün 10 aylıq müddət kifayət etməyib.

Baş prokurorun birinci müavini Elçin Məmmədov istintaqın uzadılmasına icazə verilməsi üçün məhkəməyə təqdimat göndərib. Xətai Rayon Məhkəməsinə daxil olmuş təqdimatda seçilmiş qətimkan tədbirinin növünün dəyişdirilmədən 3 ay artırılması istənilir.

Yaxın saatlarda növbətçi hakimin qərarı açıqlayacağı gözlənilir.

Qeyd edək ki, “Abzas media” işi üzrə ittiham olunan şəxslər qaçaqmalçılıq, vergidən yayınma, cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırma və digər cinayətlərdə ittiham olunurlar.

Xəbər lenti