Bakıda mənzildən qadın meyiti tapıldı

HADİSƏ
19:32
13 Aprel 2020
87

Bakıda mənzildən meyit tapılıb.

Sabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1957-ci il təvəllüdlü Həsənova Şəhla Fəxrəddin qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti