“Quska”nın məhkəməsi yenə təxirə salındı

XƏBƏR
17:50
5 Sentyabr 2024
77

“Quska” kimi tanınan keçmiş deputat Hüseyn Abdullayevin məhkəməsi təxirə salınıb.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilməli olan bugünkü iclas hakim Elnur Nuriyevin iştirak etməməsi səbəbindən keçirilməyib.

İclasın vaxtı sentyabrın 19-na salınıb.

Xatırladaq ki, H.Abdullayev 2018-ci ildə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Həmin müddət bu yaxınlarda başa çatıb. Lakin yeni cinayət işinə görə Abdullayev azadlığa çıxa bilməyib.

Xəbər lenti