Seyfəlidə yararsız döyüş sursatları məhv edildi
Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla planlı şəkildə məhv edilməsi davam etdirilir.
Sabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.
“Bildiririk ki, döyüş sursatlarının məhv edilməsi prosesi 3 sentyabr 2024-cü ildən 6 sentyabrdan 2024-cü ilədək Seyfəli poliqonunda həyata keçiriləcək. Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək”, - məlumatda bildirilib.
Daha çox