İki gün əvvəl itkin düşən 15 yaşlı qızın basdırılmış meyiti tapıldı

ÖLKƏ
16:02
3 Sentyabr 2024
97

Bərdədə yeniyetmə qızın meyiti tapılıb.

Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Cəyirli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2009-cu il təvəllüdlü qızın meyiti kənd ərazisində torpağa basdırılmış halda aşkar edilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.

Meyiti tapılan yeniyetmənin iki gün əvvəl itkin düşdüyü deyilir.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti