Mehriban Əliyevadan Səidlə bağlı paylaşım

XƏBƏR
14:59
2 Sentyabr 2024
293

Birinci vitse-prezident Mehriban Əliyeva paraatlet Səid Nəcəfzadəni “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanması münasibətilə təbrik edib.

Sabah.az xəbər verir ki, bu barədə birinci xanım instaqram hesabında paylaşım edib:

“Paraatlet Səid Nəcəfzadəni “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanması münasibətilə təbrik edirəm! Peşəkarlıq və qətiyyət nümayiş etdirən idmançımız Azərbaycan azarkeşlərinin ümidlərini doğrultdu! Çempionu səmimi-qəlbdən təbrik edir, ona yeni nailiyyətlər arzulayıram!”

Xəbər lenti