“Məni vurub qaçdılar, xəstəxanaya getmək üçün taksi çağırdım” - Yenilənib

ÖLKƏ
15:26
29 Avqust 2024
103

Azərbaycanlı rejissor, Avropa Kino Akademiyasının üzvü Elvin Adıgözəli Bakının mərkəzində 3 velosipedçi vurub.

Sabah.az 1news.az-a istinadən xəbər verir ki, hadisə avqustun 25-də axşam saatlarında Ü.Hacıbəyli adına Musiqi Akademiyasının yaxınlığındakı avtobus dayanacağında baş verib.

Hadisə nəticəsində Elvinin qolu sınıb, dizləri əzilib və çoxsaylı xəsarətlər alıb.

E.Adıgözəl hadisəni törədənlərin təcili yardım çağırmaq əvəzinə oradan qaçdıqlarını bildirib. O, xəstəxanaya getmək üçün özü taksi çağırıb.

Xəstəxanada olarkən aktyor polisə zəng edərək ifadə verib.

Onun sözlərinə görə, hazırda Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, lakin hadisəni törədənlər hələ də müəyyən edilməyib.

***

DİN Mətbuat xidmətindən bildirilib ki, avqustun 25-də Nəsimi rayonu ərazisində paytaxt sakini Elvin Adıgözəlovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı polis orqanında araşdırma aparılır:

“Hadisəni törədən şəxslərin müəyyən olunması istiqamətində tədbirlər görülür”.

Xəbər lenti