Rəsulzadəni həyatda görən sonuncu şəxs vəfat etdi
Türkiyədə Azərbaycan diasporunun proaktiv üzvlərindən olan Yəhya Taşdələn 91 yaşında vəfat edib.
Sabah.az xəbər verir ki, bu barədə “Çapar” tarixi jurnalının baş redaktoru Dilqəm Əhməd Feysbuk hesabında yazıb.
Qeyd edək ki, Y.Taşdələn 1929-cu ildə Türkiyənin Qars şəhərində anadan olub. Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin Ankarada yaşadığı dönəmlərdə onunla birlikdə çalışıb.
O, Rəsulzadəni həyatda görən sonuncu şəxs olub.
Y.Taşdələn uzun müddət Türkiyənin Kənd Təsərrüfatı Nazirliyində müdir vəzifəsində çalışıb.
Daha çox