Son hökmünü çıxardı
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Cəlil Nəbiyev təqaüdə göndərilir.
Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, tanınmış hakim ötən gün icraatında olan sonuncu cinayət işi üzrə hökm çıxarıb.
Üç nəfərin külli miqdarda qanunsuz narkotik dövriyyəsinə görə mühakimə edildiyi həmin işdə ittihamedici hökm çıxarılıb. Onlara 9 il 6 aydan 11 il 6 aya kimi həbs cəzası verilib.
Cəlil Nəbiyev bu hökmlə hakimliyini yekunlaşdırıb.
Yaş həddi ilə bağlı təqaüdə göndərilən hakim ölkə gündəmində müzakirə olunan bir sıra məhkəmə işlərinə, o cümlədən sonuncu dəfə Lənkəranın sabiq icra başçısı Taleh Qaraşovun qardaşı oğlunun, Masallının sabiq baş həkimləri Cəlil Nəzərov və Eşqin Əliyevin cinayət işini araşdırıb.
2010-cu ildən Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakimlik edən Cəlil Nəbiyev əvvəllər prokurorluq orqanlarında da işləyib.
Daha çox