İcra başçısının müavini vəzifəsindən getdi

ÖLKƏ
17:09
26 Avqust 2024
86

Qusar Rayon İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Zoya Eldarova bu gün vəzifəsindən ayrılıb.

Sabah.az xəbər verir ki, bu barədə Bizim.Media-ya Zoya Eldarova məlumat verib.

O öz ərizəsi ilə vəzifəsindən getdiyini bildirib.

Məlumata görə, Qusar RİH başçısı Sahir Məmmədxanov müavinin ərizəsini təsdiqləyib.

Xatırladaq ki, S.Məmmədxanov bu ilin iyulun 8-i Qusarın icra başçısı təyin olunub.

Xəbər lenti