İcra başçısı özünə yeni müavin təyin etdi
15:26
13 Aprel 2020
148Şamaxı Rayon İcra Hakimiyyətində yeni təyinat olub.
Sabah.az xəbər verir ki, İcra Hakimiyyətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, icra başçısı Tahir Məmmədovun sərəncamı ilə Elxan Oqtay oğlu İbrahimov başçının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri təyin edilib.
Elxan İbrahimov daha əvvəl Azərbaycanda bir neçə holdinqdə iqtisadiyyat və maliyyə işləri üzrə rəhbər vəzifələrdə çalışıb.
Daha çox