Üç gün külək olacaq - Sarı xəbərdarlıq

ÖLKƏ
16:10
23 Avqust 2024
130

Avqustun 24-26-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq verilib.

Sabah.az xəbər verir ki, sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında, Şabran, Siyəzən, Xızı, Şamaxı, Qobustan, Bərdə, Tərtər, Yevlax, Füzuli, Mingəçevir, Naftalan, Gəncə, Samux, Goranboy, Daşkəsən, Göygöl, Cəbrayıl, Salyan, Sabirabad, Hacıqabul, Şirvan, Biləsuvar, Neftçala, Yardımlı, Lerik, Cəlilabad, Naxçıvan, Ordubad və Culfada fasilələrlə şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Xəbər lenti