Şəmkirdən oğurladıqlarının pulunu Bakıda xərclədi
Şəmkir rayonunda yanvar, fevral və mart aylarında 3 fərdi yaşayış evindən oğurluq edən şəxs saxlanılıb.
Sabah.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, əvvəllər məhkum olunmuş, rayonun Çinarlı kənd sakini, 28 yaşlı Nicat Kərimov rayonun Aşağı Seyfəli kəndindəki evlərə gizli yolla daxil olaraq oradan ümumi olaraq, 14 300 manat dəyərində qızıl-zinət əşyaları və 850 manat dəyərində nağd pul oğurlayıb.
Saxlanılan şəxs ifadəsində törətdiyi oğurluq hadisəsini etiraf edib və bildirib ki, oğurladığı qızıl-zinət əşyalarını sataraq pulunu Bakıda xərcləyib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Daha çox