Qadın narkokuryer saxlanıldı

XƏBƏR
09:37
23 Avqust 2024
72

Ağsu Rayon Polis Şöbəsinin keçirdiyi tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 54 yaşlı Təranə Məmmədova saxlanılıb.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan Sabah.az-a bildirilib ki, ondan 3 kiloqram 500 qram marixuana və heroin aşkar olunub.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə T.Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Xəbər lenti