Qubada ana və körpəsi doğuş vaxtı öldü

XƏBƏR
12:56
22 Avqust 2024
117

Quba Regional Perinatal Mərkəzində doğuş zamanı ana və körpəsi ölüblər.

Sabah.az APA-ya istinadən xəbər verir ki, Xaçmaz rayonunun Hülövlu kənd sakini 2000-ci il təvəllüdlü Nəsirova Samirə Bəhruz qızı doğuş üçün Quba Regional Perinatal Mərkəzə gətirilib. Əməliyyat zamanı o və dünyaya gələn köprəsi vəfat ediblər.

Bu, S.Nəsirovanın ikinci hamiləliyi olub, onun 3 yaşında övladı var.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti