Yanan villa tanınmış həkimə məxsus imiş - Foto

XƏBƏR
10:35
19 Avqust 2024
77

Avqustun 18-i Masallı rayonunda ikimərtəbəli ev yanıb.

Sabah.az-ın Unikal-a istinadən məlumatına görə, yanan ev rayonun tanınmış həkimi 1955-ci il təvəllüdlü Vaqif Oruc oğlu Qurbanova məxsus olub.

O, Masallı rayon RMX-nin həkim-baş terapevti, tibb üzrə fəlsəfə doktorudur (kardiologiya).

Qeyd edək ki, hadisə vaxtı ümumi sahəsi 216 kv olan evin mansard (çardaq) hissəsindən başlayan alov əsasən evin 2-ci mərtəbəsini əhatə edib. Görülən tədbirlər nəticəsində yanğın qısa müddətdə söndürülüb, alovun evin digər hissələrinə keçməsinin qarşısı alınıb.

Xəbər lenti