Azərbaycanda icra başçısının müavini koronavirusdan sağaldı

GÜNDƏM
13:30
13 Aprel 2020
192

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Alıcı Dilavərov koronavirusdan sağalıb.

Sabah.az “Report”a istinadən xəbər verir ki, o, xəstəxanadan buraxılıb və daha iki həftə ev şəraitində müalicəsini davam etdirəcək.

Qeyd edək ki, A.Dilavərov bir müddət öncə xəstəxanaya yerləşdirilmişdi. Onun koronavirus testi pozitiv çıxmışdı.

Xəbər lenti