15 yaşlı oğlanla atası bıçaqlandı - Yeniyetmə öldü

HADİSƏ
09:52
17 Avqust 2024
102

Xaçmazda qətl törədilib.

Sabah.az Xaçmaz Rayon Prokurorluğuna istinadən xəbər verir ki, hadisə avqustun 17-si gecə saat 2 radələrində baş verib. Rayon ərazisində 1 nəfərin ölməsi, 1 nəfərin isə xəsarətlər alması barədə prokurorluğa məlumat daxil olub.

Araşdırma zamanı 1990-cı il təvəllüdlü Şəhram Manafzadənin rayonun Tel kəndi ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı yetkinlik yaşına çatmayan şəxsə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsi, sonuncunun atası Nurlan Məmmədrəhimova isə xəsarət yetirməsinə şübhələr müəyyən edilib.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd) maddələrilə cinayət işi başlanıb. Şəhram Manafzadə iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Qeyd edək ki, qətlə yetirilən yeniyetmənin 15 yaşı var.

Xəbər lenti