Futbolda yeni transfer dönəmi - FİFA rəsmisi açıqladı

İDMAN
13:07
13 Aprel 2020
95

Futbol dünyasında koronavirus pandemiyasının ardından yeni bir transfer pəncərəsi başlaya bilər.
 
Sabah.az xəbər verir ki, bu barədə FİFA-nın Müşahidə Şurasının sədri Ceyms Kitçinq Almaniya telekanalına bildirib. O deyib ki, üçüncü transfer dönəminin olması mümkündür:

“Müqaviləsinin müddəti planlanandan gec bitəcək futbolçuların da bu mənada təhlükəsiz hiss etməsini istəyirik".

C.Kitçinqin sözlərinə görə, növbəti mövsümün təqvimi müəyyənləşdikdən sonra yeni transfer dönəminin vaxtını dəqiqləşdirmək mümkün olacaq.

Xəbər lenti