Göygöldə 43 yaşlı kişi bıçaqlandı - Saxlanılan var

XƏBƏR
09:35
16 Avqust 2024
116

Göygöl rayonu Bəhrəmbəy kəndində bıçaqlanma hadisəsi olub.

Sabah.az xəbər verir ki, 1981-ci il təvəllüdlü A.Süleymanov mübahisə zəminində bıçaqlanıb.

Zərərçəkən xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü Bayramov Ramin Məhəddin polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti