Prezidentlə görüşdən sonra bu fotoları paylaşdılar

İDMAN
14:56
14 Avqust 2024
142

Xəbər verdiyimiz kimi, Prezident, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev avqustun 14-də XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib.

Dövlət başçısı Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə təltif olunmuş idmançılara və onların məşqçilərinə ordenləri təqdim edib.

Sabah.az-ın məlumatına görə, Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi olan Hidayət Heydərov və Zelim Kotsoyev görüşdən sonra onlara verilən “Şöhrət” ordeninin fotosunu instaqram hesablarında paylaşıblar.

Xəbər lenti