33 yaşlı qadın özünü 11-ci mərtəbədən atdı

XƏBƏR
12:02
14 Avqust 2024
62

Bakıda intihar hadisəsi baş verib.

Sabah.az xəbər verir ki, Xətai rayonunda 1991-ci il təvəllüdlü G.Abdullayeva özünü çoxmərtəbəli binanın 11-ci mərtəbəsindəki mənzilin pəncərəsindən atıb. O, hadisə yerində vəfat edib.

İlkin araşdırmalar zamanı məlum olub ki, G.Abdullayevaya onkoloji xəstəlik diaqnozu qoyulub. Onun özünü atdığı ev isə bacısına məxsus imiş.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti