İcra başçısının birinci müavini vəfat etdi
Şirvan şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Samid Abıyev vəfat edib.
Sabah.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 1956-cı il təvəllüdlü S.Abıyev uzun sürən xəstəlikdən sonra dünən vəfat edib.
Qeyd edək ki, S.Abıyevin ailəsində təxminən 12 il öncə faciəvi hadisə baş vermişdi. S.Abıyev avtoqəzalarda 3 oğlu, gəlinini və nəvəsini itirmişdi.
Belə ki, 2008-ci ilin oktyabrın 20-də baş verən avtoqəzada Abıyevin iki oğlu, gəlini və azyaşlı nəvəsi həlak olmuşdu.
S.Abıyevin oğlu, 1984-cü il təvəllüdlü Abıyev Hüseyn yüksək sürətlə idarə etdiyi avtomobili Hacıqabul rayonu ərazisində aşırması nəticəsində sürücünün özü, qardaşı - 1989-cu il təvəllüdlü Cavid, qardaşının həyat yoldaşı, 1988-ci il təvəllüdlü Abıyeva Validə Xəqani qızı və 2007-ci il təvəllüdlü Abıyeva Zeynəb Amid qızı hadisə yerində ölmüşdülər.
2009-cu ilin avqustun 12-də isə Şirvanda baş verən avtomobil qəzasında bir il öncə vəfat etmiş uşağın atası, Samid Abıyevin üçüncü oğlu Amid Abıyev vəfat edib.
Daha çox