Fazil Mustafa cinayətinə görə ömürlük həbs

ÖLKƏ
11:55
13 Avqust 2024
154

Fazil Mustafa cinayəti ilə bağlı məhkəmə araşdırması başa çatıb.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinauətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hakimlər bəyan edib ki, müttəhimlərə verilmiş ittihamlar kifayət qədər dəlil və sübutlar, həmçinin şahid ifadələri ilə təsdiqini tapıb. Bu əsasla müttəhimlər hər biri ayrı-ayrılıqda  ictimai xadimin siyasi fəaliyyətinə son qoymağı planlaşdırmaqda və digər verilmiş ittihamlarla cəzalandırılmalıdırlar.

Hökmə əsasən Azər Səricanov ömürlük, Səbuhi Şirinov20 il Rəşad Əhmədov 19 il, Elşad Əsgərov 18 il, Emin Əliyarov isə 4 il müddətinə azadlıqdan məhrum ediliblər.

Müttəhimlərə təyin olunacaq cəzaları həbsxanada və ciddi rejimli cəzaçəkmə müəssəsində çəkəcəklər.

Qeyd edək ki, cinayət ötən ilin martında baş verib. Həmin vaxt millət vəkili olan Mustafayev Fazil Qəzənfər oğru silahdan açılan atəşdən xəsarət alıb.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) hadisəni terror aktı adlandırıb. Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisədə şübhəli bilinən 5 nəfər tutularaq istintaqa təhvil verilib. Onlara qarşı Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə ittiham irəli sürülüb.

Xəbər lenti