Mehriban Əliyeva Qaşım Maqomedovu təbrik etdi
10:58
8 Avqust 2024
75Birinci vitse-prezident Mehriban Əliyeva Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, taekvondoçu Qaşım Maqomedovla bağlı paylaşım edib.
Sabah.az xəbər verir ki, paylaşımda deyilir:
“Paris Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, taekvondoçu Qaşım Maqomedovu səmimi-qəlbdən təbrik edirəm! Gərgin əməyinə, yenilməz iradəsinə və qələbə əzminə görə idmançımıza təşəkkür edir, ona möhkəm cansağlığı və yeni-yeni nailiyyətlər arzulayıram!”
Daha çox