25 yaşlı gənc dəm qazından zəhərləndi

XƏBƏR
01:54
12 Aprel 2020
141

Hacıqabulda zəhərlənmə hadisəsi qeydə alınıb.

Sabah.az APA-ya istinadən xəbər verir ki, Ə.Vahid küçəsi 50 ünvanında yaşayan şəhər sakini, 1995-ci il təvəllüdlü Allahyarov Ağacan Azər oğlu vanna otağında olarkən dəm qazından zəhərlənib.

O, ağır vəziyyətdə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti