“Tək millət, tək ürək” - Çavuşoğlundan Azərbaycana təşəkkür+Foto
Türkiyə Xarici İşlər naziri Mövlüd Çavuşoğlu Azərbaycanla bağlı paylaşım edib.
Sabah.az xəbər verir ki, XİN başçısı "Twitter" hesabından Azərbaycana təşəkkür edib.
“Bakının simvollarından olan Heydər Əliyev Mərkəzində COVID-19-la ortaq mübarizə çərçivəsində Türk bayrağı Azərbaycan bayrağı ilə birlikdə dalğalanır. Tək millət, tək ürək”, - sözlərini yazan nazir Azərbaycan və Türkiyə bayraqlarını qeyd edib.
Qeyd edək ki, koronavirusa (COVID-19) qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə aprelin 11-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyənin bayrağı bu ölkənin musiqisinin müşayiəti ilə videoproyeksiya olunub.
Daha çox