Daha bir klub prezidenti koronavirusa yoluxdu

İDMAN
00:23
12 Aprel 2020
92

İtaliyanın “Pordenone” klubunun prezidenti Mauro Lovisa koronavirusa yoluxub.

Sabah.az xəbər verir ki, bu barədə B Seriya təmsilçisinin rəsmi Tivtter səhifəsi məlumat yayıb.

Bildirilib ki, 54 yaşlı klub rəhbəri "Sky Sports"a açıqlamasında özünü yaxşı hiss etdiyini deyib. O, bir müddət karantində qalacağını bildirib.

Xatırladaq ki, bundan əvvəl sabiq klub prezidentləri - Pap Diuf ("Marsel"), Kes Bekker ("Vitess"), Lorenso Sans ("Real") koronavirusdan dünyasını dəyişib.

Xəbər lenti