İşlədiyi evdən qızılları oğurlayan qadın tutuldu - Foto

XƏBƏR
15:20
3 Avqust 2024
113

Ağcabədi rayonunda evdən qızıl oğurlamış qadın tutulub.

Sabah.az xəbər verir ki, Ağcabədi RPŞ-yə evlərdən birindən oğurluq edilməsi barədə müraciət daxil olub.

Keçirilən tədbirlərlə cinayətdə şübhəli bilinən həmin evdə işləyən rayon sakini T.Hüseynova saxlanılıb. Onun evdən 4000 manat dəyərində qızıl-zinət əşyalarını oğurladığı müəyyən olunub. T.Hüseynova qızılları dəyərindən ucuz qiymətə satdığını bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti