Bir-birilərini bıçaqladılar

XƏBƏR
10:14
3 Avqust 2024
108

Mingəçevirdə bıçaqlanma hadisəsi olub.

Sabah.az xəbər verir ki, hadisə avqustun 2-si saat 22 radələrində baş verib.

40 yaşlı Fariz Səmədov aralarında yaranmış mübahisə zamanı 1987-ci il təvəllüdlü Ceyhun Mirzəyevi bıçaqlayıb. C.Mirzəyev də F.Səmədovun bel nahiyəsinə kəsici alətlə xəsarət yetirib.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, F.Səmədov saxlanılıb, digər şəxs isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.

Xəbər lenti