Qohumlar arasında dava - Xəsarət alanlar var

HADİSƏ
23:56
11 Aprel 2020
93

Göygöl şəhərində qohumlar arasında düşən dava 2 nəfərin xəsarət alması ilə nəticələnib.

Sabah.az “Report”a istinadən xəbər verir ki, hadisə Göygöl şəhər Hacı Zeynalabdin Tağıyev küçəsində qeydə alınıb.

Yaxın qohumlar arasında hələ ki, məlum olmayan səbəbdən dava olub. Nəticədə 2 nəfər - Şirin Mamayeva və Ələsgər Əliyev müxtəlif bədən xəsarətləri alıb. Onların hər ikisinin vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Qeyd edək ki, qohumlar arasında əvvəllər də münaqişə baş verib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbər lenti