Əfv olunan məhbuslar harada saxlanılır? - Karantin həyatı+Video
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev aprelin 6-da "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb və qərarla yaşı 65-dən yuxarı 176 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.
Sabah.az xəbər verir ki, həbsdən çıxan həmin şəxslər koronavirusla mübarizə tədbirləri çərçivəsində karantinə alınıblar. Əfv edilən şəxslərin yaşayış yerlərinin 40-dək rayonu əhatə etməsi nəzərə alınaraq, onların doğmalarının yanına getməzdən əvvəl ailə üzvlərinin də sağlamlıq durumu araşdırılacaq.
İTV onların karantin həyatı ilə bağlı süjet hazırlayıb. Həmin videomaterialı təqdim edirik:
Daha çox